Mobil versiya
Samux rayonunda “15 iyun – Milli Qurtuluş” günü münasibəti ilə tədbir keçirildi - FOTOLAR
Tarix: 13-06-2022 | Saat: 14:05
Bölmə:Seçki 2024 | çapa göndər

Samux  rayonunda “15 iyun – Milli Qurtuluş” günü münasibəti ilə tədbir keçirildi

AİA.Az xəbər verir ki, 13 iyun 2022-ci il tarixdə Samux rayonunda “15 iyun – Milli Qurtuluş” günü münasibəti ilə YAP Samux rayon təşkilatının akt zalında ümumrayon tədbiri keçirildi. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Ulu Öndərinəziz xatirəsini yad etdilər.

Tədbiri giriş sözü ilə açan Samux rayon İcra Hakimyyətinin Başçısı cənab Alı Qocayev bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi və bildirdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar gündən ötən 29 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.
Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov geniş çıxış edərək qeyd etdi ki, tarixi şəxsiyyət kimi Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, hakimiyyətin Ona qarşı həyata keçirdiyi təxribatlara, qarayaxma kampaniyasına baxmayaraq, ağır günlərdə xalqın köməyinə çatdı. Qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, işıqlı gələcəyə olan ümidini artırdı. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı yekdilliklə öz böyük oğlunu ölkənin prezidenti seçdi. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar qruplaşmalar cəmiyyətdən təcrid edildi.İctimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edildi. Nizami ordu quruculuğuna başlanıldı və ərazimizin bütövlüyü uğrunda 44 günlük Zəfər yürüşünün əsası qoyuldu. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs sazişi imzalandı. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı və yeni neft strategiyasının həyata keçirilməsinə başlanıldı.Ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırlmasına imkan yaratdı.

Daha sonra tədbir iştirakçılarından Anarə Həsənova – Füzuli kənd ümumi orta məktəbin müəllimi, Gəncalə Zeynalova – Alıuşağı kənd tam orta məktəbin müəllimi və Ülviyyə Qasımova - Lək kənd tam orta məktəbin müəllimi çıxış edərək vurğuladılar ki, Ulu öndərin siyasi kursu bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada söz sahibidir, ölkəmiz tərəqqi və sürətli inkişaf yolundadır.Ulu Öndər Heydər Əliyevə qarşı olan xalq sevgisi zaman ötdükcə daha çox xalqın qəlbində böyüyür və güclənir. Xalq öz oğluna sonsuz sevgisini Onun siyasi varisi cənab Prezidentimiz İlham Əliyevə etimad göstərərək bildirdi və yanılmadıqlarını gördülər. Nə qədər ki, bu xalq var Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən – nəsilə ötürülərək onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün gördüyü işlər örnək göstəriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024