Mobil versiya
Otuzikilər kəndində Bərdə rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur. - FOTOLAR
Tarix: 11-06-2022 | Saat: 10:07
Bölmə:Seçki 2024 | çapa göndər

Otuzikilər kəndində Bərdə rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

AİA.Az xəbər verir ki, qəbulda rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri öyrənmək və onların həllini təmin etmək, vətəndaş məmuniyyətinin təmin edilməsi olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Otuzikilətr kənd inzibati ərazi dairəsində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.

Son illər Otuzikilər kənd inzibati ərazi dairəsinin əhatə etdiyi Otuzikilər, Hacıəhmədli, Vəliuşağı və Bayramlı kəndləri qazlaşdırılıb, inzibati ərazi dairəsinin kəndlərini də əhatə edən 15,5 km uzunluqda Mollaisalar-Vəliuşağı-Sərkarlar kəndlərarası yol yenidən qurulmuş və asvaltlaşdırılmış, yolun kənarları abadlaşdırılmış, ərazidə 5 min ədəd ağac əkilmiş, Otuzikilər kəndinin 5 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, 1 ədəd artezian quyusu qazılıb, 3,5 km içməli su şəbəkəsi qurulub, küçələrdə 10 bulaq tikilmiş, 620 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbi əsaslı təmir edilmiş, əlavə korpusu tikilmiş, ərazidə 250 şam ağacı, 10 palma və 400-ədəd gül kolları əkilmiş və yaşıllıqlar salınmış, kəndin giriş qapısı inşa edilmiş, kənd qəbirstanlığı abadlaşdırılmış, Otuzikilər kəndində 21 elektrik dirəyi yenisi ilə əvəz edilmiş, 7 km elektrik hava xətləri kabelləşdirilmiş, inzibati ərazi dairəsində 53 km suvarma arxları və 28,6 km beton kanal, 9,2 km açıq dren kanal lildən təmizlənmiş, inzibati ərazi dairəsinin inzibati binasının ətrafına hasar çəkilmişdir.

2021-ci ildə İnzibati ərazi dairəsində 157 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 27 sentner olmaqla 427 ton pambıq, 3 nəfər kümçü tərəfindən 15 qutu barama götürülüb saxlanmış, hər qutudan 42 kq olmaqla cəmi 630 kq barama istehsal edilmişdir. Ərazidə 700 ədəd çəkil əkilmişdir.

2022-ci ildə inzibati ərazi dairəsində 86 hektar sahədə pambıq əkilmiş, artıq pambığın 2-ci becərməsi aparılır, 15 qutu ipək qurdu bəslənmiş və hazırda barama təhvil verilir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Otuzikilər kənd sakinləri Vətən müharibəsi iştirakçısının anası Şamma Vəliyeva ailəsinin icarəsinə 1 hektar torpaq sahəsi verilməsi, Vətən müharibəsi iştirakçısının xalası Tahirə Qurbanova evinin dam örtüyünün təmir edilməsi, Vətən müharibəsi iştirakçısı Hadı Hadıyev işlə təmin edilməsi, Ramiz Qurbanov kəndin elektrik şəbəkəsinin yenidən qurulması və elektrik xətlərinin kabelləşdirilməsinin başa çatdırılması, Şölə Kərimova Mollaislar-Vəliuşağı-Sərkarlar kəndlərarası yol yenidən qurularkən və kənd qazlaşdırılarkən ona məxsus dükanın sökdüyünü bildirdi, həmin yerdən qeyri-yaşayış obyekti tikmək üçün torpaq sahəsi verilməsi, Eldəniz Məmmədov birdəfəlik maddi yardım göstərilməsi, Vətən müharibəsi iştirakçısının anası Əhmədova Banu Vətən müharibəsi iştirakçısı oğlu Əhmədov Babək Şəkəralı oğlunun işlə təmin edilməsi, Paklet Sədiyeva qızının müalicə olunmasına köməklik göstərilməsi, Taleh Ağamirov evinə qaz çəkilməsi, Firuzə Mustafayeva ailəsinə Ünvanlı Sosial Yardım təyin edilməsi, Sabirə Hümbətova qonşusu tərəfindən içməli su verilməməsi, Vəli Allahverdiyev pay torpağı olan ərazidə olan sahənin suvarılması üçün kanaldan verilən suyun limitinin artırılması barədə müraciət etmişlər.

Qaldırılan məsələlər barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, izahat verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmişdir.

Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya, ərazilərimizin işğaldan azad olunmasına, işğal edilmiş ərazilərdə həyata keçirilən layihələrə görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024