Mobil versiya
Gədəbəydə şəhidin məzarı ziyarət olundu - FOTOLAR
Tarix: 01-06-2022 | Saat: 17:20
Bölmə:Seçki 2024 | çapa göndər

Gədəbəydə şəhidin məzarı ziyarət olundu

Bu gün- 01.06.2022-ci il tarixdə YAP Gədəbəy rayon Təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy RİH başçısının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elçin Zeynalabdiyev, Milli Məclisin deputatı Sevinc xanım Hüseynovanın köməkçisi Elxan İsmayılov, Gədəbəy rayon Ağsaqqallar şurasının sədri Kərəm Məmmədov, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz-​ rayonun ​ Parakənd kənd sakini Allahverdiyev Seymur Qərib oğlunun doğum günü münasibətilə məzarı ​ ziyarət olundu, məzarına ​ tər güllər düzdülər. Ailələri ​ ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid valideyinləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə