Mobil versiya
Vəlvələçay hidroqovşağı vasitəsi ilə həm şimal rayonları suvarma suyu ilə həm də Bakı və Abşeron yarımadası içməli su ilə təmin edilir - FOTOLAR
Tarix: 01-06-2022 | Saat: 10:01
Bölmə:Seçki 2024 | çapa göndər

Vəlvələçay hidroqovşağı vasitəsi ilə həm şimal rayonları suvarma suyu ilə həm də Bakı və Abşeron yarımadası içməli su ilə təmin edilir


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov aia.az-a bildirib ki, Şimal bölgəsində xüsusi əhəmiyyətə malik qurğulardan biri Vəlvələçay Hidroqovşağıdır. Hidroqovşaq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsaslı şəkildə təmir edilib. Qubanın Vəlvələ kəndində yerləşən qurğu 1968-ci ildə istismara verilib. Həmin dövrdə şimal rayonlarında kənd təsərrüfatı sahələrinin suvarılmasında ciddi çətinliklər mövcud idi. Məzh bu problemin həllinə nail olmaq üçün Vəlvələçay üzərisində suayırıcı qovşaq inşa edilib. Sovetlər dönəmində qovşaqdan yalnız suvarma məqsədi ilə istifadə edilib. Hazırda isə Vəlvələçay hidroqovşağı vasitəsi ilə həm şimal rayonları suvarma suyu ilə həm də Bakı və Abşeron yarımadası içməli su ilə təmin edilir.

Uzun illər istismarda olan qurğunun təmirə ehtiyacı vardı. Bu səbəbdən də hidroqovşağın yerləşdiyi ərazi və quğunun özü tam şəkildə yenidən qurulub. Aparılan yenidənqurma işləri nəticəsində əvvəllər kənarları açıq vəziyyətdə olan hidroqovşaq hasara alınıb. Ərazidə yeni inzibati bina tikilib, müasir standartlara uyğun asvalt yol çəkilib. Həmçinin ərazidə yeni ağaclar əkilib, yaşıllıqlar yaradılıb.

Aparılan təmir işləri zamanı ərazidə avtomat rejimdə işləyən işıqlandırma sistemi qurulub. Müasir işıqlandırma sistemi gecə saatlarında hidroqovşaq ərazisini işıqlandırmaqla yanaşı həm də qurğuya xüsusi gözəllik bəxş edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024