Mobil versiya
Zəngəzur dəhlizinin açılması Azərbaycanın növbəti diplomatik Qələbəsidir
Tarix: 30-05-2022 | Saat: 12:51
Bölmə:Seçki 2024 | çapa göndər

Zəngəzur dəhlizinin açılması Azərbaycanın növbəti diplomatik Qələbəsidir

44 günlük Vətən müharibəsi ölkəmizin siyasi, iqtisadi gücünün ən yüksək səviyyədə olmasının, eyni zamanda Azərbaycan xalqının dünya xalqları üçün nümunə olan fədakarlıq, cəsurluq və qəhrəmanlıq keyfiyyətlərinin mövcudluğunun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz düşmən üzərində tam və qəti qələbə qazandıqdan sonra cənab Prezidentin işğaldan azad olmuş torpaqlara ilk səfəri 16 noyabr 2020-ci il tarixdə Füzuli və Cəbrayıl rayonlarına olmuşdu. Bundan sonra cənab Prezident dəfələrlə doğma ərazilərimizdə səfərdə olmuşdur. Cənab Prezident bütün bu səfərlərində işğal dövründə erməni qəsbkarları tərəfindən törədilmiş vəhşiliklər, bütün yaşayış məntəqələrinin yerlə yeksan olunması, Azərbaycanın zəngin mədəniyyətinə vurulan ağır zərbələrdən, mənfur düşmənin bu tarixi zəngin irsimizin silinməsinə yönəlmiş əməlləri barədə öz fikirlərini bildirmişdir. Cənab Prezident bütün bu həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının vacibliyini qeyd etmişdir. Cənab Prezldent demişdir: “ Beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər həqiqətləri. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər” Bu səfərlər zamanı cənab Prezident tərəfindən verilən ən mühüm mesajlardan biri bu idi ki, Azərbaycan o torpaqlara qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıdıb. Növbəti dəfə Zəngilana səfər edən cənab Prezident cari ilin 27 may tarixində rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışı zamanı bir daha xüsusi məqamlara toxunaraq qeyd etdi ki, Zəngəzur dəhlizinin açılması önəmli məsələdir. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına görə artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməlidir. Ərazi bütövlüyü tanınılmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır. Bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır. Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib. Bəli artıq sadəcə ermənilər deyil bütün dünya bu reallıqla barışıb.

Həqiqətən hərtərəfli inkişafımız ölkəmizi günbəgün daha da gücləndirir. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Hamıya məlumdur ki, uzun illər ermənilər tərəfindən Azərbaycana qarşı mərhələli şəkildə soyqırım siyasəti həyata keçirilib, ərazilərimizin bir hissəsi ermənilərə verilib. Ötən əsrin 20-ci illərində də Sovet hakimiyyəti Qərbi Zəngəzuru Ermənistana vermişdir. Təbbi ki, bu, Azərbaycana qarşı aparılan ədalətsiz bir siyasətin mərhələləri olub. Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra da o zamankı hakimiyyətin səriştəsizliyi nəticəsində torpaqlarımızın 20 faizi erməni işğalı altına düşmüşdü.

Müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi düşünülmüş siyasət Azərbaycanı bugünki uğurlara gətirib çıxarıb. Həmin uğurlu siyasət bu gün doğma Partiyamızın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir və Azərbaycan saysız-hesabsız uğurlara imza atır.

Rafiq Əliyev,
YAP Yevlax rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024