Mobil versiya
Lənkəranda Prezidentə həsr olunmuş klipin təqdimat mərasimi keçirilib - FOTOLAR
Tarix: 23-05-2022 | Saat: 09:45
Bölmə:Seçki 2024 | çapa göndər

Lənkəranda Prezidentə həsr olunmuş klipin təqdimat mərasimi keçirilib

Həqiqət Rzayeva adına Lənkəran Şəhər 2 nömrəli uşaq musiqi məktəbində Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevə həsr olunmuş klipin təqdimat mərasimi keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Giriş sözü ilə Məktəbin direktoru Kamil Fərzullayev açaraq Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində qazandığı böyük tarixi Qələbəmizdən danışdı sonra "Sənsən Görən Gözü Azərbaycanın" mahnısına çəkilmiş klipə baxış keçirildi . Mahnının müəllifi Pedaqojika üzrə fəlsəfə doktoru Tükazban Cahangirova şeir haqqında məlumat verib mahnının ifaçısı Gənc müğənni Allahverən Pərvizoğlu bildirib ki Qalib Ölkənin Gənci kimi sevinclə ifa edib. Tədbirdə İctimaiyyət nümayəndələri, Pedaqoq Samirə Hüseynzadə, Mədəniyyət işçisi Xatirə Qəmbərova, Lənkəran Şəhər Bələdiyyəsinin birinci müavini Fəxrəddin Canıyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədr müavini Saleh Dostiyev, Qazilər Ağasəlim Camalov, Əhliman Quluzadə, Şəhid Anası Mənsurə Abbasova, Lənkəran Şəhər 10 nömrəli tam orta məktəbin direktor müavini Rəsidə Məmmədova, Lənkəran Şəhər 4 nömrəli humanitar təmayüllü məktəb liseyinin direktor müavinləri İlqar İsmayılov, və digər qonaqlar çıxış edərək Qazandığımız Zəfər Sevincdən bəhs ediblər sonra Müəllif Tükazban Cahangirovaya və İfaçı Allahverən Pərvizoğluna uğurlar arzulayıblar

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024