Mobil versiya
Könül Nurullayeva: “ABŞ qarşıdakı onilliklərdə Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıdır”
Tarix: 21-05-2022 | Saat: 12:56
Bölmə:Manşet / Seçki 2024 | çapa göndər

Könül Nurullayeva: “ABŞ qarşıdakı onilliklərdə Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıdır”

ABŞ Prezidenti Cozef Baydenin 28 may Müstəqillik günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda hazırkı dövrdə cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə almaqla Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Supergüc qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu da ifadə edib. Bu, bir daha ABŞ-ın Azərbaycanla əlaqələrə yüksək dəyər verdiyini təsdiqləyir.

Məktubda həmçinin Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar dünyanın supergücü hesab olunan ABŞ tərəfindən də qəbul olunur və mühüm imkan kimi dəyərləndirilir. “İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasında kömək etməyə hazırdır”,- deyə Cozef Bayden məktubunda bildirib. Bu yanaşma əslində fövqəlgüc olan ABŞ-ın regionumuzda yaranmış reallığı qəbul etməsi, dəstəkləməsi kimi qiymətləndirilməlidir. Ağ ev faktiki Azərbaycanın sülh təşəbbüslərini dəstəklədiyini ən ali səviyyədə bəyan etmiş olur. Eyni zamanda Vaşinqton rəsmi Bakının iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bəyan edir.

Bayden məktubunda eyni zamanda ölkəsilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 ilini qeyd edib və bu 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi, beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa yüksək dəyər verdiyini bir daha vurğulayıb. Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması fonunda ABŞ Azərbaycanı sabitləşdirici faktor hesab edir. Vaşinqton rəsmi Bakının terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələri, eyni zamanda ölkəmizin Ukraynanın suverenliyini dəstəkləməsini və humanitar yardım etməsini də təqdir edir. ABŞ Prezidentinin məktubunda bu məsələ xüsusi qeyd olunur.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024