Mobil versiya
Vüqar Əliyev: “Ermənistanın məsuliyyətsiz mövqeyi regionun ümumi inkişafını ləngidir”
Tarix: 20-05-2022 | Saat: 15:32
Bölmə:Gündəm | çapa göndər

Vüqar Əliyev: “Ermənistanın məsuliyyətsiz mövqeyi regionun ümumi inkişafını ləngidir”

Azərbaycan hər zaman Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna, müxtəlif iqtisadi layihələrin birgə həyata keçirilməsinə xüsusi əhəmiyyət verib. Qeyd edə bilərik ki, xüsusilə son illər Azərbaycanda fəaliyyət göstərən Litva şirkətlərinin sayı artmaqdadır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Litva iqtisadi tərəfdaş kimi daha yüksək zirvələrə qalxmaq imkanların malikdirlər. Bu baxımdan mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Litva Prezidentləri arasında ikitərəfli əməkdaşlığın regional inkişaf, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı və bir çox digər mühüm məsələlər barədə aparılan müzakirələrin nəticələri də belə deməyə əsas verir ki, əsas istiqamətlərdə ölkələrimizin mövqelərində aşkar yaxınlıq vardır. Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur. Təbii ki, dövlət başçılarının müzakirə etdikləri vacib məsələlər arasında Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra yaranmış yeni regional reallıqlar xüsusi yer tutub. Prezident İlham Əliyev bir daha Azərbaycanın mövqeyini ifadə edərək bildirib ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Həm də nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün əvvəllər heç zaman mövcud olmamış geniş imkanlar meydana çıxıb. Təəssüflər olsun ki, yalnız Ermənistan indiyə qədər hələ də Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir.

Lakin dövlət başçımızın dediyi kimi, yaranmış imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başladı. Dövlətimiz tərəfindən təklif olunan sülh müqaviləsində irəli sürülən beş prinsip beynəlxalq hüququn əsas prinsipləridir, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və yaxşı beynəlxalq təcrübə və davranışlara uyğundur. Həmçinin Azərbaycan Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdi. Çünki təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə də sərhədlərin delimitasiyası zərurəti tamamilə aydındır.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, hazırda Azərbaycandan və Litvadan olan iş adamları da qarşılıqlı biznes əlaqələrinin inkişaf etdirilməsinə böyük maraq göstərirlər. Bu baxımdan mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulnası üçün yaxşı fürsət oldu. Forumdakı çıxışında dövlət başçımız da vurğuladı ki, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya işgüzar dairələrin səylərini əlaqələndirəcək və hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Məlumdur ki, bu gün Azərbaycanda biznes mühiti investorlar üçün çox əlverişlidir. Əgər ölkənin investisiya proqramlarının ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, hazırda bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyalar yer tutur.

Diqqətə almaq lazımdır ki, dövlət başçılarının görüşü zamanı nəqliyyat sektorunda əməkdaşlıq məsələləri də müzakirə olunub. Prezident İlham Əliyevin dediyi kimi, biznes dairələri üçün və bir-birinə o qədər də yaxın yerləşməyən ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Azərbaycanda bunun üzərində uzun illər işləyib və nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaradıb. Bu, əslində regionun yeni nəqliyyat xəritəsidir. Azərbaycan son illər coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaradıb. Bu gün ölkəmiz açıq dənizə çıxışı olmamasına baxmayaraq, önəmli nəqliyyat mərkəzinə çevrilib. Əminliklə demək olar ki, Azərbaycanın rolu bundan sonra mütləq şəkildə artacaq və bu, Litva və Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün çox önəmli olacaq. Birmənalı olaraq deyə bilərik ki, mayın 18-də keçirilən biznes forumun üstünlüklərindən biri imkanların, biznes mühitinin, qaydaların, vergilərin, sərmayə imkanlarının və digər məsələlərin nümayiş etdirilməsindən ibarət oldu.

Vüqar Əliyev,
Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025