Ataya “oğlunu əfv etdirəcəm” dedi, 2500 manat aldı - “Ailəlikcə həbsxananın qarşısında gözlədik”
Tarix: 20-05-2022 | Saat: 12:56
Bölmə:Media | çapa göndər
Bakıda tanışının həbsdə olan oğlunun adını əfv siyahısına saldıraraq ona köməklik edəcəyini deyərək, aldadıb 2500 manatını ələ keçirən şəxsə hökm oxunub.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martında baş verib. Belə ki, Habil Məmmədov (soyad şərtidir) tanışı Xəyyam Məlikovun qardaşının 2015-ci ildə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyini öyrənərək onlara kömək edə biləcəyini deyib. Bundan sonra tanışının atası Arif Məlikovdan 3000 manat pul istəyərək bildirib ki, bu məbləğ müqabilində oğlunun adını əfv siyahısına saldıra bilər. Habil Məmmədov onları aldadaraq ayrı-ayrı vaxtlarda ümumilikdə aldığı 2500 manat pulu öz ehtiyaclarına xərcləyib.
Hadisə ilə bağlı başlanılan cinayət işinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Habil Məmmədov bildirib ki, özü ikinci qrup əlildir və əməlindən peşmandır:
“Xəyyamgilin qardaşı Kənanı həbsdən çıxarmaq istədiklərini bilirdim. Buna görə də onlara dedim ki, kömək edə bilərəm. Lakin verdiyim heç bir vədə əməl etmədim. Onlardan aldığım ümumilikdə 2500 manatı öz şəxsi ehtiyaclarıma xərclədim. Həmin puldan 1500 manatı qaytarmışam. 1000 manatı da hissə-hissə qaytaracam. Özüm ikinci qrup əliləm. Vətən müharibəsi müddətində daim orduya yardım etmişəm. Əməlimdən çox peşmanam”.
Hadisə zamanı zərərçəkən Arif Məlikov bildirib ki, Habil onlara söz vermişdi ki, oğlu Novruz bayramında azadlıqda olacaq:
“Onu əvvəllər tanımırdım. Oğlumun vasitəsilə tanış olduq. Onlar daim birlikdə çörək kəsiblər. Əvvəlcə bizdən 3000 manat istəmişdi. Birinci 2000 manat aldı. Daha sonra 1000 istədi. Qəfil olduğu üçün ancaq 500 manat verə biləcəyimizi dedik. Bundan sonra ümidlə həmin günü gözlədik. Martın 20-də ailəlikcə yığılıb 2 saylı cəzaçəkmə müəssisəsinin qarşısına getdik. Kənanın həbsdən çıxmasını gözlədik. Amma sonra başa düşdük ki, oğlum çıxmayacaq. Habilə zəng edib səbəbini soruşanda dedi ki, narahat olmayaq, həll olunacaq. Amma bir müddət keçsə də, səs-soraq olmadı. Buna görə də ondan pulumuzu tələb etdik. O da hər dəfə pulu verəcəyini deyib, vermədi”.
Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən Habil Məmmədov 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024