Mobil versiya
MİHİ Şəki Rayon Komitəsi “Beynəlxalq Muzeylər günü” münasibəti ilə tədbir keçirib. - FOTOLAR
Tarix: 20-05-2022 | Saat: 10:02
Bölmə:Seçki 2024 | çapa göndər

MİHİ Şəki Rayon Komitəsi “Beynəlxalq Muzeylər günü” münasibəti ilə tədbir keçirib.

AİA.Az xəbər verir ki, MİHİ Şəki Rayon Komitəsi 18 may “Beynəlxalq Muzeylər günü” münasibəti ilə B.Vahabzadənin ev muzeyində tədbir keçirdi. Tədbirdə rayon komitəsinin xidmət sahəsinə daxil olan Şəki Regional Mədəniyyət İdarəsinin, B.Vahabzadənin ev muzeyinin, R.Əfəndiyevin ev muzeyinin, M.F.Axundovun ev muzeyinin, S.Rəhmanın ev muzeyinin, MKS-nin, Rəsm Qalareyasının, Xalq Tətbiqi Sənəd muzeyinin əməkdaşları, Rayon komitəsinin həmkarlar təşkilatlarının sədrləri, Əməyin mühafizə komissiyasının sədri, Gender bərabərliyi və qadın problemləri komissiyasının sədri, Gənclərlə iş üzrə komissiyasının sədri iştirak etdilər. MİHİ Şəki Rayon Komitəsinin sədri Rəhman Məmmədov çıxış edərək muzey əməkdaşlarını “Beynəlxalq Muzeylər günü” münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. MİHİ Şəki Rayon komitəsinin təlimatçısı Nəzakət Əliyeva, Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Xatirə Səlimli, B.Vahabzadənin ev muzeyinin direktoru Elşən Hacızəkəryəyev, Gender bərabərliyi və qadın problemləri komissiyasının sədri Şəmsiyyət Əsgərova, Əməyin mühafizə komissiyasının sədri Rövzət Hacızəkəryəyev çıxış edərək Rayon komitəsinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və muzey işçilərini təbrik etdilər. Daha sonra mədəniyyət işçiləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim edildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024