Bir millət, iki dövlət qardaşlığının Rize-Artvin təntənəsi
Tarix: 18-05-2022 | Saat: 15:31
Bölmə:Media | çapa göndər
Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha da inkişaf etməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir.
Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi əlaqələr ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamışdır. Bu gün Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizmlər fəaliyyət göstərməkdədir.
Həmçinin Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə etmiş və bu gün iki ölkə arasında beynəlxalq arenada qarşılıqlı dəstək ənənəsi davam etdirilir. Vətən müharibəsində qələbəmiz və hazırkı proseslər Azərbaycan–Türkiyə qardaşlığının, sarsılmaz birliyinin nailiyyətləridir. Bu birliyin ən parlaq və ən şanlı səhifəsi 15 iyun 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması, iki qardaş dövlətin münasibətlərinin ən yüksək zirvədə olduğunun bir daha dünyaya nümayiş etdirdi.
Eyni zamanda Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində hər iki ölkənin prezidentlərinin birlikdə iştirak etməsi qardaşlığın dövlət başcıları səviyyəsində yüksəklərə qaldırılmasının təzahürlərindən biridir.
Azərbaycan və Türkiyə liderlərinin qarşılıqlı səfərləri, bir qayda olaraq, iki dövlət arasında əlaqələrin və əməkdaşlığın dərinləşib güclənməsinə təkan verir. Həmçinin iki ölkə arasında regional və qlobal təhlükəsizliyə, əməkdaşlığa, sülhə, sabitliyə dəstək verdiyini, yardım etdiyini bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin Türkiyəyə növbəti səfəri və dənizin üzərində inşa edilən nəhəng layihə - Rize-Artvin Hava Limanının açılışında iştirak etməsi Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərməklə yanaşı, ölkələrimiz arasındakı birliyin bir daha dünyaya nümayişidir. Eyni zamanda da bu hava limanı nəhəng nəqliyyat komunikasiya xətlərinin yaradılması baxımından böyük əhəmiyyətə malik tarixi hadisədir.
Rizə-Artvin hava limanı Türkiyənin Qafqaza açılan yeni səma qapısı oldu. Bu isə həm ticarətin asanlaşdırılması və yüklərin daha qısa müddətdə çatdırılması həm də turizm mübadiləsi və mədəni əlaqələrin daha da dərinləşməsi baxımından yeni imkanlar və perspektivlər deməkdir.
Cənab Prezident açılışda çıxışı zamanı bir daha diqqətə çatdırdı ki, “Biz Türkiyə ilə həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik”, eyni zamanda bu gün bir çox Türkiyə şirkətləri, o cümlədən bu gözəl Rize-Artvin Hava Limanını inşa edən şirkət də Qarabağda inşaat işləri ilə məşğuldur: “Minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın inşası ilə bağlı öz işini görür, öz sözünü deyir”. Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın ölkələr olmaqla, tarixin çox böyük sınaqlarından keçib. “Bir millət iki dövlət” siyasəti bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.
Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir.
Yaşasın Türkiyə-Azərbaycan birliyi!
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024