Mobil versiya
Bakıda 7 yaşlı qız məktəbdə öldü
Tarix: 16-05-2022 | Saat: 19:55
Bölmə:Media | çapa göndər

Bakıda 7 yaşlı qız məktəbdə öldü

Bakıda 7 yaşlı qız təhsil aldığı məktəbdə vəfat edib.

Bu barədə Baş Prokurorluq və Təhsil Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Vəliyeva Svetlana Vüqar qızının bu gün həmin məktəbdə vəfat etməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırma ilə müəyyən edilib ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından "Təcili Tibbi Yardım" çağırılıb və ona tibbi yardım göstərilməsinə baxmayaraq, bu gün saat 06:00 radələrində vəziyyəti qəflətən ağırlaşaraq vəfat edib.

Qeyd edək ki, S.Vəliyeva 2021-ci ilin oktyabr ayında kəskin respirator infeksiyası, neyrotoksikoz diaqnozu ilə stasionar şəraitdə uzunmüddətli müalicə alıb.

Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədəni üzərində hər hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda araşdırma davam etdirilir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024