AZ RU Mobil versiya
YAP Göygöl rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü ilə bağlı silsilə tədbirlər davam edir - FOTOLAR
Tarix: 10-05-2022 | Saat: 16:23
Bölmə:Aktual | çapa göndər

YAP Göygöl rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü ilə bağlı silsilə tədbirlər davam edir


Bu gün YAP Göygöl rayon təşkilatı tərəfindən Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq, Göygöl Gənclər Evində “Sən elə bir zirvəsən” mövzusunda dəyirmi masa keçirilmişdir.

İlk öncə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş nitqi ilə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasından danışmış, cəmiyyətin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu haqqında geniş və ətraflı söhbət açmış və bu gün ölkəmizə layiqincə rəhbərlik edən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin misilsiz fəaliyyətindən danışmışdır.

Digər çıxış edən fəallardan YAP Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Göygöl rayon Təhsil şöbəsinin müdir müavini Salman Balakişiyev, Ulu Öndər Heydər Əliyev ideyalarının bu günümüzün və gələcəyimizin daha da etibarlı təminatı, insanların rifah halının daha da yüksəlməsi üçün çox böyük əhəmiyyətə malik olduğunu qeyd etmişlər.

Sonda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

aia.az
[xfvalue_fotolar image="6"] [xfvalue_fotolar image="7"] [xfvalue_fotolar image="8"] [xfvalue_fotolar image="9"] [xfvalue_fotolar image="10"] [xfvalue_fotolar image="11"] [xfvalue_fotolar image="12"] [xfvalue_fotolar image="13"] [xfvalue_fotolar image="14"] [xfvalue_fotolar image="15"] [xfvalue_fotolar image="16"] [xfvalue_fotolar image="17"] [xfvalue_fotolar image="18"] [xfvalue_fotolar image="19"] [xfvalue_fotolar image="20"] [xfvalue_fotolar image="21"] [xfvalue_fotolar image="22"] [xfvalue_fotolar image="23"] [xfvalue_fotolar image="24"] [xfvalue_fotolar image="25"] [xfvalue_fotolar image="26"] [xfvalue_fotolar image="27"] [xfvalue_fotolar image="28"] [xfvalue_fotolar image="29"] [xfvalue_fotolar image="30"]



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5216 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-05-2022