Mobil versiya
Türkiyənin dostu və düşməni kimdir? - Sorğu keçirildi
Tarix: 14-09-2026 | Saat: 10:47
Bölmə:Dünya | çapa göndər

Türkiyənin dostu və düşməni kimdir? -

Asal Araştırma tədqiqat şirkəti tərəfindən dərc edilən "Türkiyənin dostu və düşməni kimdir?" adlı sorğuda İsrail, ABŞ və Yunanıstan düşmən kimi qəbul edilən ölkələrin siyahısına başçılıq edib. Azərbaycan, Yaponiya və Çin isə dost kimi qəbul edilən ölkələr arasında yer alıb.

aia.az xəbər verir ki, Asal Araştırma, 13-21 fevral tarixləri arasında 26 şəhərdə 2015 nəfər arasında aparılan sorğunun nəticələrini təqdim edib.

Sorğu iştirakçılarından “Aşağıdakı ölkələrin Türkiyə ilə münasibətlərini necə qiymətləndirirsiniz?” soruşulub.

Respondentlərin səksən üç faizi İsraili düşmən hesab etdiklərini bildirib. ABŞ-ni düşmən hesab edənlərin payı 74,6% təşkil edib. Eyni sorğuda İranı düşmən hesab edənlərin payı 51,7% təşkil edib.

Sorğuda iştirak edən ölkələr arasında Azərbaycan dost ölkələr reytinqində 66% ilə birinci yerdə qərarlaşıb. Azərbaycanı Yaponiya (58,4%) və Çin (49,5%) izləyir. Lakin Çini düşmən hesab edənlərin payı 38% təşkil edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə