Mobil versiya
Qazax rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olundu - FOTOLAR
Tarix: 10-05-2022 | Saat: 15:47
Bölmə:Seçki 2024 | çapa göndər

Qazax rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olundu

May ayının 10-da Qazax rayonunda Türk dünyasının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə anım mərasimi keçirilib. Anım mərasimində YAP Qazax rayon təşkilatı Aparatının işçiləri, eyni zamanda, rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların kollektiv üzvləri də Qazax şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına parkda Ümummilli Liderimizin əzəmətli abidəsini ziyarət ediblər.

Aparat işçiləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024