Mobil versiya
Uçquna görə bağlanan Lahıc yolunda hərəkət bərpa edilib
Tarix: 09-05-2022 | Saat: 13:14
Bölmə:Seçki 2024 | çapa göndər

Uçquna görə bağlanan Lahıc yolunda hərəkət bərpa edilib

Uçquna görə bağlanan Lahıc yolunda hərəkət bərpa edilib.

Bu barədə AİA.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

xxx

11:52

Bu gün baş verən torpaq uçqunu nəticəsində bağlanan Lahıc yolunda hərəkətin bərpası üçün əraziyə texnika və canlı qüvvə cəlb edilib.

Bu barədə AİA.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

"Selin gətirdiyi torpaq, daş və ağac parçalarının çoxu təmizlənib. Yolda hərəkətin yarım saat ərzində bərpa olunacağı gözlənilir", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, hadisə İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində baş verib.

Səhər saatlarında sel nəticəsində dağlardan gələn torpaq, daş və ağac parçaları avtomobil yoluna tökülüb. Bu səbəbdən həmin yolda nəqliyyat vasitələrinin hərəkəti dayanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024