Mobil versiya
Kollektorlar lildən təmizlənir, torpaqların şoranlaşmasının qarşısı alınır - FOTOLAR
Tarix: 09-05-2022 | Saat: 11:43
Bölmə:Media | çapa göndər

Kollektorlar lildən təmizlənir, torpaqların şoranlaşmasının qarşısı alınır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AİA.Az-a bildirib ki, Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarının istismarı idarəsi respublikanın 6 rayonuna xidmət edir. İdarənin xidmət etdiyi kollektorun uzunluğu 5 min km-ə yaxındır. Hər il idarənin texnikaları vasitəsilə kollektor-drenaj şəbəkələrində lildən təmizləmə işləri həyata keçirilir ki, bununla da torpaqların şoranlaşmasının qarşısı alınır. 2021-ci ildə illik plana əsasən Zərdabda 1, Kürdəmirdə 1 və Ağsu rayonu ərazisində 1 ədəd sukeçirici əsaslı təmir edilib. Bundan başqa 78 ədəd hidrotexniki qurğu, 2 ədəd hidrometrik post və 5 ədəd meliorativ nasos stansiyasında cari təmir işləri yerinə yetirilib. Ötən il ərzində ümumi olaraq 1600 min kub metrə yaxın kollektorların lildən təmizlənməsi işləri görülərək tamamlanıb.

Mütəmadi olaraq kollektorların lildən təmizlənməsini həyata keçirən Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı idarəsi balansında olan 5 ədəd nasos stansiya vasitəsilə qrunt sularını ərazilərdən kənarlaşdırır. Bu nasos stansiyalar hesabına ilin əvvəlindən bu günə qədər 266 min kub metr qrunt suları ərazidən kənarlaşdırılıb. Ümumiyyətlə 2022-ci ilin 1-ci rübü ərzində Kürdəmir rayonu ərazisində olan kollektorlarda 72 min kub metr, Zərdab rayonu ərazisində 62 min, Ağsu rayonu ərazisində 45 min kub metr lildən təmizləmə işləri yerinə yetirilib. Ümumilikdə isə idarə kollektorlarda 179 min kub metr lildən təmizləmə işlərini reallaşdırıb.

Qeyd edək ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı idarəsi Yevlax, Bərdə, Zərdab, Kürdəmir, Ağsu və Ağcabədi rayonlarında kollektorların lildən təmizlənməsini təmin etməklə bərabər balansında olan meliorativ obyektlərə xidmət edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024