Mobil versiya
Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək
Tarix: 05-05-2022 | Saat: 12:46
Bölmə:Media | çapa göndər

Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək

Azərbaycanda adyunkturaya qəbul olunanlar üçün təhsili davam etdirmək üçün çağırışa möhlət hüququ veriləcək.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 21.1.4-1-ci maddəsində (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) "doktoranturaya" sözündən sonra "(adyunkturaya)" sözü əlavə edilir.

Həmin maddədə, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə möhlət hüququ verilir.

Dəyişiklik müzakirələrdən sonra ssəverməyə qoyularaq qəbul edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024