Yoluxma sayı yenidən sürətlə arta bilər? - Yaxın günlərdə ...
Tarix: 04-05-2022 | Saat: 17:17
Bölmə:Media | çapa göndər

"Hazırki dövrdə yoluxma saylarında kəskin azalmanın olması, son yayılan ştammların virulentliyinin aşağı olması dünya ölkələrində pandemiya qaydalarına yenidən dəyişiklik edilməsi ilə nəticələndi".
Bunu açıqlamasında həkim-infeksionist Könül İsmayılova deyib.
O bildirib ki, qonşu dövlətlərdə yoluxma sayının aşağı düşməsi ölkəmiz üçün də təhlükə riskini azaldır:
"Bir sıra dövlətlərdə artıq fevral-mart aylarından etibarən karantin tədbirləri yumşaldıldı. Qonşu ölkələrdə də stabil epidemioloji göstəricilərin olması, eyni zamanda yanaşı olaraq ölkə daxilində aşağı yoluxma hallarının müşahidə edilməsi respublikamızda da, karantin dəyişiklərinin mərhələli şəkildə aradan qaldırılmasına səbəb oldu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 nömrəli qərarına əsasən, may ayının 1-dən etibarən, qapalı məkanlarda yuxarı tənəffüs yollarını qoruyan vasitələrin istifadəsi zərurəti aradan qaldırıldı.
Bütün bunlar arzuolunandır, və onu deməyə əsas verir ki, biz çətin və təhlükəli günləri arxada qoymuşuq, lakin, bütün bunlarla yanaşı olaraq, onu qeyd etməliyəm ki, pandemiya yaxud epidemik prosesin mövcudluğundan asılı olmayaraq, standart-əsaslı ehtiyat tədbirlərinə hər bir zaman düzgün şəkildə riayət olunması insanların sağlamlığının qorunmasına yönəlmiş mühüm əhəmiyyətli addımdır.
Qonşu dövlətlərdə stabillik müşahidə olunması və sərhədlərin bağlı olması infeksiyanın ötürülməsinin qarşısını alır, çünki hava -damcı yolu ilə yayılır, o cəhətdən də bizim ölkəmiz üçün də real təhlükə olmur. Lakin, ÜST son bəyənatlarında Omikronun subvariantları ilə hələ də müəyyən narahatlıqların olmasıyla bağlı məsələlərə toxunulur.
Hələ də Çinin müəyyən ərazilərində virusun yayılması müşahidə olunur. Amma hazırki mərhələdə, bayaq qeyd etdiyim kimi, Azərbaycan üçün çox ciddi tədbirlərə təbii ki, ehtiyac yoxdur".
Təhməz Əsədov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-02-2025