Samuxda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib
Tarix: 04-05-2022 | Saat: 15:59
Bölmə:Media | çapa göndər

04.04.2022-ci il tarixdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının rəhbərliyi ilə Sərkar kənd tam orta məktəb ərazi partiya təşkilatında tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Sərkar kənd ərazi partiya təşkilatının sədri Şəmistan Yusifov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu və xidmətləri haqqında məlumat verdi. Ş.Yusifov qeyd etdi ki, Heydər Əliyev öz tükənməz enerjisini son damlasına kimi xalqın, millətin yolunda istifadə etməklə, iyirminci əsrdə ikinci dəfə qazandığımız müstəqilliyi qoruyub-saxlamaqla, Azərb¬ay¬ca¬n həqiqətlərini dünyaya çatdırmaqla xalqın Ümummilli liderinə çevrildi. Belə insanlara tarixi şəxsiyyət deyirlər. Ona görə yox ki, tarixin hansısa zaman kəsiyində yaşayıblar, ona görə ki, belə şəxsiyyətlər həm də öz titanik fəaliyyətləri ilə tarix yaradırlar - Vətən tarixini. Həyatı və fəaliyyəti ilə Azərbaycanın şərəf tarixinin qızıl səhifələrini yaratmış böyük Heydər Əliyev kimi.
Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov ətraflı çıxış edərək bildirdi ki,öz həyat və fəaliyyəti ilə ölməzlik zirvəsinə yüksələn Heydər Əliyevin keçdiyi ömür yolu bizim üçün zəngin həyat məktəbidir. Bu ömrün hər anından bizim öyrənəcəyimiz çox şeylər var. Çünki o böyük insanın ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir. Biz o tarixi öyrənməli və bizdən sonra gələn nəsillərə çatdırmalıyıq. Bizdən sonra gələnlər də bilməlidirlər ki, Azərbaycanın dünyanın hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. G.Bayramov Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına, beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatması və inkişafı istiqamətində Ümummilli Liderin müstəsna xidmətlərindən də bəhs edib.
Sonra tədbirdə Sərkar kənd tam orta məktəb ərazi partiya təşkilatının sədri Afaq Möyləyeva, Günel Əhmədova çıxış edərək bildiriblər ki, Heydər Əliyevin nümunəvi həyat yolu hər bir Azərbaycan gənci üçün örnək olmalıdır. Natiqlər Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının, siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlərdən, apardığı məqsədyönlü daxili və xarici siyasətdən danışaraq qeyd ediblər ki, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində iqtisadiyyatımız dinamik sürətdə inkişaf edir və buna görə Azərbaycan Avropanın önəmli tərəfdaşına çevrilir.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevə həsr edilmiş film nümayiş edilib və məktəb şagirdləri Ulu Öndərə həsr edilmiş şerlər ifa ediblər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-02-2025