“Eurovision 2016” mahnı müsabiqəsinin qalibi Krım tatarları oldu - Camala və Ukrayna birinci oldu
Tarix: 15-05-2016 | Saat: 10:20
Bölmə:Dünya | çapa göndər
Mayın 14-də Stokholmun “Globe” arenasında keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin qalibi müəyyən edilib
APA-nın məlumatına görə, “Eurovision 2016” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında Ukrayna təmsilçisi Camala olub. O, 534 xalla birincilik əldə edib. O ölkələrin çoxundan 12 xal alıb.
Krım tatarlarının deportasiyasından bəhs edən “1944” adlı mahnının söz və musiqisi ifaçının özünə məxsusdur. Mahnının nəqarətində krım türkcəsində sözlərdən istifadə edilib.
Səsvermənin müəyyən fraqmenti Rusiya -Ukrayna arasında siyasi yarış şəklində gedib.
Azərbaycan təmsilçisi Səmra Rəhimli isə 117 xal toplayaraq müsabiqədə 14 yeri tutub. Rusiya və İsveç Azərbaycana 10 xal verib. Bosniya, Malta, İspaniya, Niderland, Yunanıstan, Makedoniya -1, Kipr, Belarus -2 xal, Ukrayna, Macarıstan – 7 xal verib. Azərbaycan isə 8 balı Bolqarıstana, 10 balı Ukraynaya, 12 balı isə Rusiyaya verib. Tamaşaçı səsverməsi Azərbaycana əlavə 73 xal gətirib. Beləliklə, Azərbaycan təmsilçisi Səmra Rəhimli müsabiqədə 117 xalla 17-ci sırada yer alıb. Ukrayna 534 , Avstraliya 511, Rusiya 491 xalla “Eurovision 2016” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar. Ermənistanı təmsil edən İveta Mukuçyan isə 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, İsveçdə keçirilən 61-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib. “Eurovision 2016” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər. Azərbaycan təmsilçisi Səmra Rəhimli səhnəyə 4-cü çıxaraq “Miracle” mahnısını səsləndirib.
Beləliklə, “Eruovision 2017” yarışması Ukraynada baş tutacaq.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024