Mobil versiya
Müstəqilliyin gücləndirilməsi – dövlət siyasətinin ideoloji təməlidir.
Tarix: 01-05-2022 | Saat: 18:45
Bölmə:Seçki 2024 | çapa göndər

Müstəqilliyin gücləndirilməsi – dövlət siyasətinin ideoloji təməlidir.

İlham Əliyev ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Konfransda Prezident vurğulayıb ki, İşğal dövründə yalnız Qarabağı geri qaytarmaq üzərində düşünmürdük. Azərbaycan müstəqilliyin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmamağı üzərində çalışıb və buna nail olub. Ölkəmiz tam olaraq müstəqil oldu, müstəqil siyasət aparmaq imkanını əldə etdi və Qarabağı geri qaytardı
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.Qeyd edək ki, aprelin 28-də Şuşada işinə başlayan və bu gün Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi. Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların da iflası deməkdir.Təsadüfi deyil ki, beynəlxalq konfransın iştirakçıları aprelin 28-də Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa - dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Vətən müharibəsindən və beynəlxalq təşkilatlardan danışarkən bildirib."Təbii ki, güclü orduya, güclü iqtisadiyyata və yeni nəslə ehtiyac var idi, yəni, konkret olaraq ölümə hazır olan insanlara. Qarabağ uğrunda ölənlərin böyük əksəriyyəti heç zaman Qarabağı görməmişdi. Onlar gənc nəslin nümayəndələri, vətənpərvər, Vətəni sevən, yüksək motivasiyalı insanlar idi. Təbii ki, ən vacib məsələ güclü ordunun olması idi və biz buna nail olduq. Bu, Prezident olaraq mənim üçün illər boyu əsas prioritet olub”, - deyə Prezident İlham Əliyev vurğulayıb. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb və hamı bu reallıqla hesablaşmalıdır. Biz görürük ki, beynəlxalq birlik artıq bu reallıqlarla barışmaqdadır. Bu gün BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupu haqqında da fikirlərini bölüşüb. Dövlətimizin başçısı deyib ki, BMT Təhlükəsizlik Şurasınin dörd qətnaməsində erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Amma 27 ildə onların heç biri icra edilmədi, biz özümüz həmin qətnamələri onları icra etdik. Həmin qətnamələri qəbul edənlərdən BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü həm də ATƏT-in Minsk qrupunun həmsədrləri idilər. Amma onların nə üçün özlərinin qəbul etdikləri qətnamələri icra etməməsinin səbəbi çox aydındır. Dövlət başçısının dediyi kimi, işğalla bağlı vəziyyət Ermənistan üçün də, Minsk qrupunun həmsədrləri üçün də məqbul idi. Amma Azərbaycan bu vəziyyətlə barışa bilməzdi və barışmadı da. Artıq ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur, həmsədrlər bundan sonrakı proseslərdə iştirak etmir. Azərbaycan xalqını Minsk qrupu həmsədrlərinin fəaliyyəti qane etməyib. Dağlıq Qarabağ münaqişəsi həll olunduğu üçün onlara heç bir ehtiyac yoxdur. Bütövlükdə, Azərbaycan beynəlxalq müstəvidə mövqeləri getdikcə möhkəmləndirir. Bu amil ölkəmizin regionda yaratdığı reallıqların ardıcıl olaraq həyata keçəcəyini deməyə əsas verir. Prezident İlham Əliyevin liderliyi ilə dövlətimiz regionda və beynəlxalq müstəvidə mövqelərini bundan sonra daha da gücləndirəcək.
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib. Yaxın on ildə biz daha güclü olacağıq və mən ümid edirəm ki, o zaman, bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz regionu tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq.Bunun üçün fürsət və imkanlar var. Azərbaycan istər nəqliyyat, istər enerji sahəsində regional layihələrin reallaşdırılmasında, Azərbaycan-Türkiyə kontekstində üçtərəfli əməkdaşlıqda çox mühüm rol oynayır.
Prezident İlham Əliyev ADA Universitetində keçirilən «Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq» mövzusunda beynəlxalq konfransda bildirib. «Nəhayət, biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Onların hökuməti bizim təklif etdiyimiz 5 təməl prinsipini qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərin delimitasiyasına başlamaq üçn Azərbaycanla birgə işçi qrupun yaradılması üzərində işlərə də nəhayət razılığını verib»-deyə dövlət başçısı bildirib. Ermənistan tərəfi sülhün vacibliyini anlamağa başlayıb: «Hazırda, yəni 2-ci Qarabağ müharibəsindən il yarım keçdikdən sonra Ermənistan rəhbərliyi, və ümid edirəm, xalqı da sülhün zəruriliyini anlayır: Əgər sülh müqaviləsi bağlanarsə və təməl prinsiplərinə əməl olunarsa, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq».

Anar Məmmədov – YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024