Mobil versiya
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyində dəyişiklik olub
Tarix: 25-04-2022 | Saat: 13:39
Bölmə:Media | çapa göndər

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyində dəyişiklik olub

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilik Şurasının tərkibində dəyişiklik olub.

Şuranın üzvü olan “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımovu Bankın İdarə Heyətinin (İH) sədri Rövşən Allahverdiyev əvəz edib.

Şuranın qalan üzvləri əvvəlki qaydada Azərbaycan Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev (sədr), Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin müdiri Azad Tağızadə, İqtisadiyyat Nazirliyinin Makroiqtisadi Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri Yalçın Əzizov, Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyev və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İH-nin sədri Abbas İbrahimovdur.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024