Mobil versiya
Ermənilər səhvən öz pilotsuz uçuş aparatını vurublar
Tarix: 13-05-2016 | Saat: 20:43
Bölmə:Karusel | çapa göndər

Ermənilər səhvən öz pilotsuz uçuş aparatını vurublar






Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulmasına dair xəbərinə münasibət bildirib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında olan bütün PUA-lar yerindədir.

"Dəqiq məlumata görə isə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir.

Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus “X-55” tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.

Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib", - deyə sorğuda qeyd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5595 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}