Ana Sayfa > Karusel > Ermənilər səhvən öz pilotsuz uçuş aparatını vurublar
Ermənilər səhvən öz pilotsuz uçuş aparatını vurublar13-05-2016, 20:43. Yazar: admin |
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulmasına dair xəbərinə münasibət bildirib Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında olan bütün PUA-lar yerindədir. "Dəqiq məlumata görə isə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir. Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus “X-55” tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib. Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib", - deyə sorğuda qeyd olunub. aia.az Geri dön |