Mobil versiya
Azərbaycanda İİV daha çox hansı bölgədə yayılıb - SİYAHI
Tarix: 13-05-2016 | Saat: 13:31
Bölmə:Qərbi Azərbaycan | çapa göndər




Azərbaycanda İİV-ə (insanın immun çatışmazlığı virusu) yoluxma faizinin ən yüksək olduğu ərazilərin adları açıqlanıb.

Trend-in məlumatına görə, Respublika QİCS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova bu gün keçirilən tədbirdə bildirib ki, Azərbaycanda İİV-ə yoluxan insanların 25 faizi Bakı və Abşeronun, 75 faizi isə regionların payına düşür.

E.Alməmmədova qeyd edib ki, lakin bəzi regionlarda faiz göstəricisi digərləri ilə müqayisədə daha yüksəkdir.

Həmin yerlərin adlarını açıqlayan direktor əvəzi bildirib ki, İİV-ə yoluxmanın ən yüksək olduğu ərazilər Şirvan, Hacıqabul, Masallı, Astara, Lənkəran, Sumqayıt, Xızı, Yevlax, Mingəçevir və Göyçaydır: "Fikir versək görərik ki, bu ərazilər narkotrafikin yolu ilə əsasən üst-üstə düşür".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024