YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir -Fotolar
Tarix: 23-10-2026 | Saat: 11:09
Bölmə:Siyasət | çapa göndər

22 oktyabr 2026-cı il tarixdə paytaxt Bakının memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirildi. İlk dəfə idi ki, YAP-ın Qurultayı Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa olunduqdan sonra, yeni bir geosiyasi şəraitdə keçirilirdi. Qurultayı daha əlamətdar, mötəbər edən amillərdən biri Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının Qurultaydakı proqram xarakterli nitqi oldu.
Partiyamızın Ali Orqanında Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tapşırıq və tövsiyyələrlə zəngin olan, dərin məzmunlu, proqram xarakterli nitq söylədi.
Qurultaydan sonra respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da rayon təşkilatının ərazi partiya təşkilatlarında bu məqsədlə partiya üzvləri ilə görüşlər keçirilir.
Növbəti görüşlər rayon təşkilatının Əskipara, Yuxarı Salahlı, Aslanbəyli, Qaymaqlı və Kəmərli kənd ərazi partiya təşkilatlarında keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Möhtərəm Prezident İlham Əliyev cənablarının Qurultaydakı proqram xarakterli nitqindən, YAP-ın Azərbaycanın dövlətçilik tarixində oynadığı mühüm roldan, əldə olunmuş nailiyyətlərdən, qarşıda duran vəzifələrdən, tapşırıqlardan ətraflı danışıb. Rayon təşkilatının sədri Möhtərəm Prezident İlham Əliyev cənablarının proqram xarakterli nitqindən irəli gələn vəzifələrlə bağlı partiya üzvlərinə lazımı tapşırıq və tövsiyyələrini verib.
Görüşlərdə çıxış edən partiya üzvləri Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının Qurultaydakı nitqdən irəli gələn vəzifələri, tapşırıqları yüksək fəallıqla, şərəflə yerinə yetirəcəklərini bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər