Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda İİV daha çox hansı bölgədə yayılıb - SİYAHI
Azərbaycanda İİV daha çox hansı bölgədə yayılıb - SİYAHI13-05-2016, 13:31. Yazar: admin |
Azərbaycanda İİV-ə (insanın immun çatışmazlığı virusu) yoluxma faizinin ən yüksək olduğu ərazilərin adları açıqlanıb. Trend-in məlumatına görə, Respublika QİCS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova bu gün keçirilən tədbirdə bildirib ki, Azərbaycanda İİV-ə yoluxan insanların 25 faizi Bakı və Abşeronun, 75 faizi isə regionların payına düşür. E.Alməmmədova qeyd edib ki, lakin bəzi regionlarda faiz göstəricisi digərləri ilə müqayisədə daha yüksəkdir. Həmin yerlərin adlarını açıqlayan direktor əvəzi bildirib ki, İİV-ə yoluxmanın ən yüksək olduğu ərazilər Şirvan, Hacıqabul, Masallı, Astara, Lənkəran, Sumqayıt, Xızı, Yevlax, Mingəçevir və Göyçaydır: "Fikir versək görərik ki, bu ərazilər narkotrafikin yolu ilə əsasən üst-üstə düşür". Geri dön |