Polis üçün yeni qanundan başqaları pul qazanacaq?
Tarix: 13-05-2016 | Saat: 12:11
Bölmə:Gündəm | çapa göndər
"Polis haqqında" Qanuna edilmiş dəyişilik insan hüquqlarının müdafisəi baxımından mütərəqqi xarakter daşıyır.
Bunu açıqlamasında hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib.
"Polis haqqında" Qanuna edilmiş və artıq qüvvəyə minən dəyişiklik polis əməkdaşlarının xarici dil bilməsinə zərurəti əhəmiyyətli dərəcədə artıracaq:
"İnsan hüquqları ilə bağlı beynəlxalq sənədlərdə bu məsələ əks olunub. Bu prinsip 17-ci əsrdən etibarən Britaniyada formalaşıb. İnsan həbs olunanda, saxlanılanda ona bunun səbəbi izah olunmalı, onun ifadə verməmək, susmaq hüququnun olduğu və müdafiəçinin xidmətindən istifadə etmək hüququnun olduğu deyilməlidir. Özü də bunlar mütləq həmin şəxsin bildiyi, anladığı dildə izah olunmalıdır. "Polis haqqında" Qanunda edilən dəyişikliklər də məhz bunu nəzərdə tutur. Bundan sonra, məsələn, Tanzaniyadan Azərbaycana gəlmiş və yalnız bantu dilini bilən şəxs hər hansı hüquq pozuntusuna görə həbs edilərkən bizim polis ona tutulmasının səbəbini, şübhənin mahiyyətini, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını məhz bantu dilində izah etməlidir. Polis bantu dilini bilməsə, onda tutulmadan dərhal sonra bu dili bilən tərcüməçi dəvət olunmalıdır".
Ekspert bu dəyişikliyin bəzi problemlər yarada biləcəyini də istisna etməyib: "Bu məsələ xarici dili bilməyən mütəxəssis çatışmazlığı problemini ortaya çıxara bilər. Ona görə də mütləq həm polis, həm də gömrük və sərhəd xidməti orqanlarında tərcüməçilər olmalıdır. Əgər həbs həyata keçirilirsə, gərək ya bu hüquqları o şəxsə izah etmək üçün həmin orqanın əməkdaşları onun dilini bilsinlər, ya da bunun üçün kənardan tərcüməçi cəlb edilməlidir. Çünki bu məsələ təkcə "Polis haqqında" Qanunda yox, ümumən Cinayət-Prosessual Məcəlləsində qeyd olunur. "Polis haqqında" Qanunda edilən dəyişiklik isə Məcəlləyə uyğunlaşdırmaq məqsədi daşıyır".
Qeyd edək ki, "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklər mayın 13-dən etibarən qüvvəyə minib. Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanununa uyğunlaşdırmaq məqsədi ilə "Polis haqqında" Qanuna edilən dəyişiklikdə bildirilir: ""Polis haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin I hissəsinin 3-cü bəndində "əsaslarını" sözü "səbəbini, şübhənin mahiyyətini" sözləri ilə əvəz edilsin və həmin bəndə "hüquqlarını" sözündən sonra "ona aydın olan dildə" sözləri əlavə edilsin".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər