Mobil versiya
NATO Ukraynaya sülhməramlı missiyanın göndərilməsini nəzərdən keçirəcək - Polşanın baş naziri
Tarix: 17-03-2022 | Saat: 08:22
Bölmə:Siyasət | çapa göndər

NATO Ukraynaya sülhməramlı missiyanın göndərilməsini nəzərdən keçirəcək - Polşanın baş naziri

NATO-nun növbəti sammiti Ukraynaya sülhməramlı missiyanın göndərilməsi məsələsinə baxmağa hazırdır.

AİA.Az-ın "UNİAN"a istinadən verdiyi məlumata görə, bunu Polşanın baş naziri Mateuş Moravetski deyib.

"Bu təklif (Ukraynaya NATO sülhməramlı missiyasının göndərilməsi - red.) çox vacib idi. Ukrayna suveren dövlətdir və istənilən insanları öz ərazisinə dəvət etmək hüququna malikdir. Belə bir sülhməramlı missiya, şübhəsiz ki, Ukraynanın əksər hissəsinə sülh gətirəcək", - deyə baş nazir bildirib.

NATO-nun sülhməramlı missiyası təklifinin kiminlə müzakirə edildiyi sualına M.Moravetski "əvvəla, biz bunu ən yaxın müttəfiqlərimizlə müzakirə etmişik və NATO-nun növbəti sammitində bu təklif təqdim olunacaq" deyə cavab verib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2024