Ana Sayfa > Siyasət > NATO Ukraynaya sülhməramlı missiyanın göndərilməsini nəzərdən keçirəcək - Polşanın baş naziri
NATO Ukraynaya sülhməramlı missiyanın göndərilməsini nəzərdən keçirəcək - Polşanın baş naziri17-03-2022, 08:22. Yazar: admen |
![]() NATO-nun növbəti sammiti Ukraynaya sülhməramlı missiyanın göndərilməsi məsələsinə baxmağa hazırdır. AİA.Az-ın "UNİAN"a istinadən verdiyi məlumata görə, bunu Polşanın baş naziri Mateuş Moravetski deyib. "Bu təklif (Ukraynaya NATO sülhməramlı missiyasının göndərilməsi - red.) çox vacib idi. Ukrayna suveren dövlətdir və istənilən insanları öz ərazisinə dəvət etmək hüququna malikdir. Belə bir sülhməramlı missiya, şübhəsiz ki, Ukraynanın əksər hissəsinə sülh gətirəcək", - deyə baş nazir bildirib. NATO-nun sülhməramlı missiyası təklifinin kiminlə müzakirə edildiyi sualına M.Moravetski "əvvəla, biz bunu ən yaxın müttəfiqlərimizlə müzakirə etmişik və NATO-nun növbəti sammitində bu təklif təqdim olunacaq" deyə cavab verib. Geri dön |