Baki Gənclər Mərkəzinin "Karyera məktəbi" layihəsi gənclərin mütəxəssis kimi formalaşmasına təkan verir - FOTOLAR
Tarix: 16-03-2022 | Saat: 14:30
Bölmə:Media | çapa göndər
Bakı Gənclər Mərkəzində artıq 6 aydır "Karyera məktəbi" layihəsi fəaliyyət göstərir. Bu müddət ərzində gənclərlə təlimlər, fərdi görüşlər keçirilib. Layihədən 400-ə qədər gənc yararlanıb. Layihə müddətində 50-dən çox mövzuda təlimlər keçirilib. Bu təlimlərə müxtəlif universitet və kolleclərin, peşə məktəblərinin tələbələri cəlb edilib.
aia.az xəbər verir ki, layihənin məqsədi, gəncləri professional iş mühitinə hazırlamaq, əmək bazarının tələblərinə uyğun kadr hazırlığına dəstək verməkdir. Hər bir gəncə ehtiyacı olduğu karyera məsləhəti xidmətini təşkil etmək əsas missiyalardandır.
Məlum olduğu kimi gənclər arasında özünü tanıma, məşğulluq öz bilik və bacarıqlarına uyğun karyera qurmaq çətinliyi hələ də aktualdır. Bunun üçün proqram çərçivəsində
Özünü tanıma; Şəxsi keyfiyyətlərə bələd olma;
Doğru məqsədlərin təyin olunması;
Effektiv karyera planlanması;
Zamanın idarə edilməsi;
Məqsədlərin təyin edilməsi;
Doğru rezüme yazılması mövzularında təlimlər keçirilir.
Bütün bu təlimlərlə yanaşı "İşgüzar etika" və "Korparativ mədəniyyət" təlimləri də proqrama əlavə edilib.
Karyera məktəbi layihəsindən təkcə gənclər deyil, yeniyetmələr də yararlana bilər. Belə ki onlar məsləhət xidmətindən yararlanaraq peşə və ixtisas seçimi haqqında informasiya əldə edə , öz şəxsi inkişaflarına dəyər qata bilərlər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər