Mobil versiya
YAP Samux rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir - FOTOLAR
Tarix: 15-03-2022 | Saat: 17:12
Bölmə:Media | çapa göndər

YAP Samux rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir

15 Mart 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının Qaz İstismar İdarəsi, Qarayeri Uşaq Musiqi Məktəbi, İstixana orta məktəbi, Sarıqamış kənd ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

AİA.Az xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edən partiya fəalları ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra təşkilati məsələlərə baxılaraq ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib. Vüqar Nəsibov Qaz İstismar İdarəsi ərazi partiya təşkilatının sədri, Gülnarə Əliyeva sədr müavini; Samirə Məmmədova Qarayeri Uşaq Musiqi Məktəbi ərazi partiya təşkilatının sədri, İlqar Binnətov sədr müavini; Naminə Qurbanova İstixana məktəbi ərazi partiya təşkilatının sədri, Qulhani Nəsibova sədr müavini; Diləfrüz Yusifova

Sarıqamış kənd ərazi partiya təşkilatının sədri, Məhəbbət Quliyeva isə sədr müavini seçiliblər.

Yığıncaqlarda iştirak edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə çağırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2025