Ukraynada daha bir azərbaycanlı həlak oldu - Raket avtomobilin üzərinə düşüb...
Tarix: 04-03-2022 | Saat: 17:13
Bölmə:Media | çapa göndər
Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində bir azərbaycanlı həlak olub.
"AzPolitika.info" xəbər verir ki, Rusiya Ordusunun atdığı raket avtomobilin üzərinə düşüb. Nəticədə bir azərbaycanlı ölüb, biri yaralanıb. Şəhər hazırda intensiv atəşə tutulur.
Bunu Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev də təsdiqləyib.
O qeyd edib ki, hadisə avtomobilin raket atəşinə tutulması nəticəsində baş verib: "Maşında olan bir azərbaycanlı ölüb, biri isə yaralanıb. Meyit şəhərdəki məscidə gətirilib. Hələ şəxsiyyəti bilinmir".
Qeyd edək ki, bundan əvvl Ukraynanın müxtəlif şəhərləində 5 azərbaycanlı həlak olub, bir neçə nəfər isə yaralanıb. Hökumət müxtəlif kanallarla soydaşlarımızın evakuasiyasını həyata keçirməyə çalışır.
Ukrayndakı mənbələrdən əldə etdiyimiz xəbərə görə, kiyev, Xarkov, Odessa, Nikolayev şəhərlərində hələ də soydaşlarımız var, bombardıman səbəbindən onlar müharibə bölgəsini tərk edə bilmirlər.
A.Babayev deyib ki, Nikolayev şəhərində 14 minə yaxın azərbaycanlı yaşayır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-01-2025
16-01-2025