Mobil versiya
Türkiyə hökumət kritik iclasa toplanır - Gündəm Ukraynadır
Tarix: 28-02-2022 | Saat: 11:58
Bölmə:Manşet / Media | çapa göndər

Türkiyə hökumət kritik iclasa toplanır

Prezident Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə toplanacaq Nazirlər Kabinetinin əsas gündəm maddəsi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi olacaq. Türkiyənin diplomatik gediş-gəlişi, vasitəçilik təklifi və atəşkəs üçün mümkün ssenarilər müzakirə olunacaq.

Milli.Az türk mediasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan bu gün Beştəpədə iki həftəlik fasilədən sonra Prezident kabinetinə başçılıq edəcək. Ərdoğan hər iki ölkə ilə siyasi, diplomatik və iqtisadi əlaqələri olan Türkiyənin müharibəni dayandırmaq üçün apardığı danışıqların gedişatı barədə Nazirlər Kabineti üzvlərini məlumatlandıracaq.

Rusiyanın Ukraynaya qarşı əməliyyatının bölgədə yaradacağı vəziyyət və bunun iqtisadiyyat, ticarət və turizm sektoruna təsirləri, qərb ölkələrinin SWIFT addımı da Nazirlər Kabinetinin gündəmində olacaq. Türkiyənin Ukraynadakı vətəndaşları üçün həyata keçirdiyi əməliyyat müzakirə olunacaq. Regionda sabitliyi poza biləcək münaqişənin dayandırılması, problemin diplomatiya və danışıqlar yolu ilə həll edilməsi gündəmdədir. Humanitar yardımla bağlı atılacaq addımlar da qiymətləndiriləcək.

Anar Əli



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2025