Mobil versiya
Xəstəxana şəkər xəstələrinin dərman növbəsinə aydınlıq gətirdi
Tarix: 24-02-2022 | Saat: 12:06
Bölmə:Media | çapa göndər

Xəstəxana şəkər xəstələrinin dərman növbəsinə aydınlıq gətirdi

Dünən sosial şəbəkələrdə şəkərli diabetdən əziyyət çəkən insanların pulsuz dərman almaq üçün xəstəxana qarşısında kütləvi növbəsini əks etdirən görüntülər yayılıb.

AİA.Az xəbər verir ki, görüntülər Quba Rayon Mərkəzi Xəstəxanasının qarşısında çəkilib.

Çəkilən kadrlardan da aydın görünür ki, xəstələr dərmanları növbəli şəkildə ala bilmir.

Yayılan görüntülərlə bağlı Quba RMX-dan Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, şəkər xəstələri üçün nəzərdə tutulan dərman vasitələri mərhələli şəkildə verilir.

"Vətəndaşların müraciəti eyni günə təsadüf etdiyindən dərman vasitəsinin verilməsində sıxlıq müşahidə olunub. Qısa müddət ərzində növbəlilik prinsipi gözlənilməklə bütün şəkər xəstələrinə dərmanların verilməsi həyata keçiriləcək", - açıqlamada deyilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025