Moskva Bəyananaməsi gələcək üçün perspektivli imkanlar açır
Tarix: 23-02-2022 | Saat: 17:42
Bölmə:Media | çapa göndər
"Müstəqil Azərbaycanın istər regionda, istərsə də beynəlxalq miqyasda mövcud olan əməkdaşlıq əlaqələri, həyata keçirdiyi və ya dəstək verdiyi layihələr ölkəmizin imicinin yüksəlməsində müstəsna rol oynayır. Ölkəmizin təşəbbüskarlığı, iqtisadi gücü beynəlxalq münasibətlər sistemində onun nüfuzunun artmasına səbəb olub. Bir çox dünya ölkələri ilə yanaşı, Azərbaycan ilə Rusiya arasında əlaqələr qarşılıqlı siyasi anlaşmaya, dialoqa, əməkdaşlığa söykənir. Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin imzalanması bu münasibətlərin yeni müstəviyə yüksəməsini özündə ehtiva edir." Bu fikirləri "Səs" qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bildirib.
Rayon təşkilat sədri iki ölkə arasında tarixi bağlılıq müstəqillik illərində daha sıx siyasi, iqtisadi, sosial, humanitar, mədəni əlaqələrin ardıcıl olaraq dərinləşməsi ilə müşayiət olunduğunu qeyd edib: "Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin hansı səviyyədə olduğunu göstərməklə yanaşı, yeni münasibətlərin qurulmasına təkan verir. İkitərəfli münasibətlər Rusiya və Azərbaycan xalqlarının maraqlarına uyğundur, regional və beynəlxalq təhlükəsizliyin, sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verir. Heç şübhəsiz ki, Moskva Bəyannaməsi əlaqələrin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmağa imkan verəcək".
Rusiya Federasiyası və Azərbaycan Respublikası milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər, - deyən H.Qurbanov qeyd edib ki, Bəyannamənin birinci bəndində bildirildiyi kimi, Rusiya və Azərbaycan öz münasibətlərinin müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında quracaqlar: "Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçısının bildirdiyi kimi, "Bu bənd bizim münasibətlərimizin xarakterinə, ona dəlalət edir ki, bu münasibətlər zamanın sınağından çıxıb və artıq dediyim kimi, dostluq hisslərinə, qarşılıqlı maraqlara və gələcəyə yönəlməyə əsaslanır". Dövlət başçısı onu da bildirib ki, bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır: "Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəyik."
Əlbəttə ki, Azərbaycan Rusiya əlaqələri etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə və s. söykənir ki, bu da dövlətlərarası əməkdaşlıq üçün əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayır.
Tərəflərin onların ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi ilə bağlı bağlı müddəalara münasibət bildirən rayon təşkilat sədri H.Qurbanov vurğulayıb ki, məsələlərinin həllində dövlətlər bir-birinin səylərini dəstəkləyəcəkdir: "Belə ki, milli qanunvericilik və ikitərəfli razılaşmalar çərçivəsində tranzit daşımaları üçün əlverişli şərait yaradacaqlar. Onu da bildirək ki, Azərbaycan və Rusiya Bəyannaməyə əsasən, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə tranzit-nəqliyyat qarşılıqlı fəaliyyətinin potensialının ardıcıl inkişafını, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin davamlı və tammiqyaslı fəaliyyəti üçün texniki və iqtisadi şəraitin təmin edilməsini hədəfə almışlar. Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər".
Təbii ki, bu Bəyannamə Azərbaycan və Rusiya arasında müttəfiqliq sahəsində tarixi hadisədir.
HABİL QURBANOV
Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-01-2025
16-01-2025