Mobil versiya
Cavid Osmanov: Bəyannaməni təhrif edənlər Azərbaycanın diplomatik qələbəsini həzm edə bilmirlər
Tarix: 23-02-2022 | Saat: 17:26
Bölmə:Media | çapa göndər

Cavid Osmanov: Bəyannaməni təhrif edənlər Azərbaycanın diplomatik qələbəsini həzm edə bilmirlər

Moskva Bəyannaməsini oxuyan hər kəs açıq şəkildə görə bilər ki, bu sənəd Azərbaycanın milli maraqlarına tam uyğundur

“Azərbaycan milli maraqlarına uyğun çoxşaxəli və müstəqil siyasət yürüdür. Bu siyasət qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verməklə həyata keçirilir. Azərbaycan Qoşulmama Hərəkatının sədrliyi dövründə bir çox təşəbbüslərlə çıxış etmiş və atdığı praktiki addımlarla artıq Azərbaycanın dünya miqyasında qeyd olunan qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa öz sədaqətliliyini nümayiş etdirmişdir. Azərbaycan hər zaman qonşu ölkələrdə yüksəksəviyyəli münasibətlərin qurulmasını prioritet vəzifə kimi müəyyənləşdirmişdir. Vətən müharibəsində qazanılan tarixi Zəfərimizdə də bu amil öz böyük rolunu oynamışdır.”

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

C.Osmanov xatırladıb ki, Azərbaycan 2021-ci ilin 15 iyun tarixində qardaş Türkiyə ilə müttəfiqlik münasibətləti haqqında Bəyannamə imzalanıb: “Hansı ki, tarixə Şuşa Bəyannəməsi kimi həkk olunmuşdur. Şuşa Bəyannaməsi artıq hər iki ölkənin parlamentləri tərəfindən də təsdiq olunmuşdur. Bununla da, Azərbaycan qardaş Türkiyə ilə Şuşa Bəyannaməsini imzalamaqla öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə etmişdir. Ümumilikdə, Azərbaycan türk dövlətləri ilə əməkdaşlığa böyük önəm verən ölkədir. Eyni zamanda, Azərbaycan qonşu Gürcüstan və İranla da çox yüksək münasibətlər qurmuşdur. Azərbaycanın Avropa İttifaqı ilə də münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Cari ilin mart ayında Bakıda ikitərəfli təhlükəsizlik dialoqonun keçirilməsi planlaşdırılır. Digər tərəfdən, artıq Avropa İttifaqı və Azərbaycan arasında hazırlanan böyük bir sazişin imzalanması da 2022-ci ilin birinci yarımilliyində həyata keçirilməsi niyyəti ortalığa qoyulmuşdur. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında çəkisi durmadan artan ölkədir. Misal olaraq , Cənub Qaz Dəhlizini göstərə bilərik. Məhz bu təşəbbüs də Azərbaycan tərəfindən verilmişdir. Qeyd etmək istərdim ki, Azərbaycan NATO ilə münasibətlərini çox uğurla inkişaf etdirir.”

Deputat qeyd edib ki, bu gün isə Azərbaycanın növbəti diplomatik qələbəsi, uğuru olan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasını qeyd edə bilərik: “Bu, mühüm tarixi hadisədir. Çünki Rusiya ilə ölkəmizin yüksəksəviyyəli əlaqələri var. İki ölkənin prezidentləri arasında qarşılıqlı hörmət və etimad mövcuddur ki, bu da eyni zamanda, hər iki ölkə arasında münasibətlərin ən üst səviyyəyə yəni, müttəfiqlik Bəyannaməsinin imzalanmasına gətirib çıxarmışdır. Nəzərə almaq lazımdır ki, Rusiya təkcə bölgənin deyil, dünyanın ən nəhəng ölkələrindən biridir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindən biridir.”

C.Osmanov bildirib ki, tarixən Azərbaycan və Rusiya arasında çox sıx mədəni, humanitar və iqtisadi əlaqələr mövcuddur ki, bu əlaqələri də daha da genişləndirmək Moskvada imzalanmış bu mühüm tarixi sənəddə öz əksini tapıb: “Vətən müharibəsindən sonra Azərbaycan bölgədə yeni konfoiqurasiya yaratmışdır. Bu konfiqurasiyanın əsas oyunçuları heç şübhəsiz Azərbaycan, Türkiyə və Rusiyadır. Qələbəmizi artıq siyasi-diplomatik cəbhədə möhkəmləndirmək əlbəttə ki, çox vacib hadisədir. Hər iki Bəyannamə də birbaşa buna xidmət edir. Moskva Bəyannaməsi Azərbaycan-Rusiya əlaqələri keyfiyyətcə yeni mərhələyə çıxarır. BMT-nin Nizamnaməsinə və digər beynəlxalq sənədlərə, norma və prinsiplərə tam uyğun hazırlanmış sənəddir. Uzun müddət idi ki, bu sənədin hazırlıq prosesi həyata keçirilirdi. Dövlət başçımız tərəfindən bunun anonsu artıq bir neçə dəfə verilmişdir. Bəyannamədə öz əksini tapan bir çox mühüm sahələr var. Burada iqtisadi, ticari, humanitar və digər həyatın sferalarında bir çox sahələrdə qarşılıqlı əməkdaşlıq öz əksini tapmışdır. Eyni zamanda, Bəyannamədə qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, eyni zamanda, ölkələrin bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək kimi öhdəliklər götürülmüşdür ki, bu da Moskva Bəyannaməsində nəzərdə tutulan ən vacib məqamlardan biridir. Eyni zamanda, xüsusi vurğulamaq lazımdır ki, Bəyannamədə məhz əks olunub ki, hər iki ölkə müstəqil siyasət yürüdür. Həmçinin sənəddə 10 Noyabr 2020-ci il tarixli, 11 Yanvar 2021-ci il tarixli və 26 Noyabr 2021-ci il tarixli Üçtərəfli Birgə imzalanmış sənədlər də öz əksini tapmışdır ki, bu da Ermənistan üzərinə əlavə təzyiq forması kimi qiymətləndirmək olar. Yəni Ermənistan sadaladığım bu 3 sənədin maddələrini təcili və qeyri-şərtsiz icrasını təmin etməlidir.”

Deputat onu da qeyd edib ki, Moskva Bəyannaməsinin imzalanması tarixi bir hadisədir: “Müstəqil siyasət yürüdən, milli maraqlarımıza söykənən siyasət yürüdən Azərbaycan dövlətinin cənab Prezidentimizin rəhbərliyi ilə növbəti diplomatik qələbəsidir. Eyni zamanda, vurğulamaq istəyirəm ki, bəzi marginal qüvvələr, dırnaqarası siyasi qruplaşmalar bu Bəyannamənin mahiyyətini ya anlamırlar ya da bilərəkdən təhrif etməyə, bununla da çaşqınlıq yaratmağa çalışırlar ki, guya ki, Moskva Bəyannaməsi Azərbaycanın müstəqilliyinə təhdiddir, milli-maraqlarına uyğun gəlmir. Bəyannamənin bütün bəndlərini oxuduqda bir daha əmin oluruq ki, bu qruplaşmalar Azərbaycanın növbəti diplomatik qələbəsini həzm edə bilmirlər. Azərbaycanın dünyada artan nüfuzunu həzm edə bilmirlər. Bununla da, çalışırlar ki, Bəyannaməni təhrif etsinlər və vətəndaşlarımıza fərqli şəkildə çatdırsınlar. Moskva Bəyannaməsini oxuyan hər kəs açıq şəkildə görə bilər ki, bu sənəd Azərbaycanın milli maraqlarına tam uyğundur. Azərbaycanın müstəqilliyini, dövlət suverenliyini daha da möhkəmləndirir. O cümlədən təhlükəsizliyimizi daha da qüvvətləndirir. Belə mariginal qruplaşmalar əlbəttə ki, Azərbaycanın Vətən müharibəsindən sonra artan nüfuzunu gözləri götürmədiyi üçün, bəzilərinə də xarici xüsusilə erməni lobbisi tərəfindən verilmiş tezislər üzərindən Moskva Bəyannaməsinə qarşı çıxmaq cəhdləri göstərirlər.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025