Mobil versiya
Qarabağla bağlı çəkiləcək filmlər xarici dillərdə də yayımlanacaq - Nazirlik
Tarix: 23-02-2022 | Saat: 16:47
Bölmə:Media | çapa göndər

Qarabağla bağlı çəkiləcək filmlər xarici dillərdə də yayımlanacaq - Nazirlik

Ötən il Qarabağla bağlı keçirilən film müsabiqəsində seçilən 11 layihənin istehsalı istiqamətində tamamlanma işləri davam etdirilir.

Bu barədə AİA.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Qarabağ həqiqətlərini dünyaya olduğu kimi çatdırmaq üçün bu filmlərin başqa dillərə də dublyaj edilməsinə, yaxud titrla tərcüməsinə ehtiyac var.

"Əlbəttə ki, yeni çəkiləcək filmlərin beynəlxalq auditoriyaya çatdırılması üçün birinci növbədə ingilis dilində təqdimat planlaşdırılır. Sonrakı mərhələdə hər bir filmin distribusiya arealına görə dəyərləndirilərək digər xarici dillərə də tərcüməsi nəzərdə tutula bilər", - deyə Nazirlikdən bildiriblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025