“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi yeni layihənin icrasına başlayıb
Tarix: 22-02-2022 | Saat: 13:47
Bölmə:Media | çapa göndər
“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin Mətbuat və İctimaiyyətlə Əlaqə Mərkəzindən AİA.Az-a bildirilib ki, “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsi çərçivəsində yeni layihənin icrasına başlayıb. Bu haqda İctimai Birliyin sədri Akif Kərimov məlumat verib. O, qeyd edib ki, Birliyin həyata keçirməyə başladığı layihə “Bir qəsəbədən üç milli qəhrəman adlı filmin çəkilməsi adlanır”. A.Kərimov bildirib ki, sözügedən qəsəbə Neftçala rayonunun Həsənabad qəsəbəsidir. Qəsəbənin ilk milli qəhrəmanı 1992-ci ildə qəhrəmanlıqla şəhidlik zirvəsinə yüksələn Zakir Məcidovdur. Qəsəbənin digər qəhrəmanları mayor Samid İmanov və Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Camal İsmayılovdur. Samid İmanov 2016-cı ilin Aprel döyüşlərində, Camal İsmayılov isə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
A.Kərimov qeyd edib ki, “Bir qəsəbədən üç milli qəhrəman” adlı film gənclərin vətənpərvərlik hisslərinin inkişafı, qəhrəmanların ictimaiyyətə tanıdılması, Vətən müharibəsi şəhidlərinə, onların ailələrinə ehtiram olaraq lentə alınacaq. “44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin vətənpərvərlik hisslərinin, Azərbaycan ordusunun döyüş və qələbə əzminin, Azərbaycan xalqının ordu və Ali Baş Komandan ətrafında bir yumruq kimi birləşmək bacarığının nə qədər real olduğunu sübuta yetirdi. İgid oğullarımız Vətən uğrunda canlarını fəda etdilər – şəhid, qazi oldular, torpaqlarımızı mənfur düşmən – erməni tapdağından azad etdilər, tarixi qələbəyə imza atdılar, Azərbaycan xalqının adını qalib xalq zirvəsinə yüksəltdilər. Bu gün ölkə rəhbərliyi səviyyəsində şəhid ailələrinə və qazilərə yüksək səviyyədə diqqət və qayğı göstərilməkdədir. Şəhidlərimizin, qazilərimizin keçdikləri şərəfli döyüş yolu gənclərimiz üçün əvəzsiz bir nümunədir. Bu nümunəni gənclərə göstərmək cəmiyyətdə vətənpərvərlik ruhunun inkişafına müstəsna təkandır. Qəhrəmanların cəmiyyətə təqdim olunması yalnız onların ailələri üçün deyil, cəmiyyətimiz üçün mühüm olan məsələdir. Bu, Azərbaycan oğullarının hansı mənəvi və fiziki hazırlığa malik olmasını, eləcə də ordumuzun hərbi, psixoloji, mənəvi, texniki hazırlığının təqdimatı kimi də dəyərləndirilə bilər”, – deyə Akif Kərimov vurğulayıb. Filmin çəkilişləri Neftçala şəhərində, Neftçala rayonunun Həsənabad qəsəbəsində, Aprel döyüşlərinin getdiyi ərazilərdə və Hadrut qəsəbəsində aparılacaq. Filmin çəkilişinə peşəkar ssenarist, rejissor və operator cəlb olunub. Filmin ictimaiyyət üçün geniş təqdimatı nəzərdə tutulub.
Qeyd edək ki, “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi 2018-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycanın Milli Qəhrəmanı, mayor Samid İmanova həsr olunmuş “Yüksəlişin sirri” adlı film ərsəyə gətirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-01-2025
16-01-2025