Mobil versiya
ÜST koronavirusun daha təhlükəli ştamının yaranacağı barədə xəbərdarlıq edib
Tarix: 20-02-2022 | Saat: 16:56
Bölmə:Səhiyyə | çapa göndər

ÜST koronavirusun daha təhlükəli ştamının yaranacağı barədə xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus COVID-19-un daha təhlükəli ştamının yarana biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə xarici xəbər verir.

ÜST rəhbəri qeyd edib ki, koronavirusun daha təhlükəli ştamı yaranması mümkündür. Qebreyesus koronavirusun daha yoluxucu, daha təhlükəli variantının ortaya çıxması üçün ideal şəraitin olduğunu vurğulayıb.

O bildirib ki, bəzi ölkələrdə peyvəndin geniş yayılması və koronavirusun "omikron" ştamının xəstəliyin ümumiyyətlə daha az ağır gedişinə səbəb olması “pandemiyanın bitdiyi barədə təhlükəli rəvayətə” səbəb olub. Bununla belə, ÜST-ün baş direktoru xatırladıb ki, dünyada hər həftə təxminən 70 min insan COVID-19-dan ölür, səhiyyə sistemləri həddən artıq yüklənir və virusun təkamülünün monitorinqi kifayət qədər aparılmır.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024