Mobil versiya
Azərbaycanda ŞOK: Vergi xidmətinin rəis müavinindən KİM ŞİKAYƏTÇİ OLDU? - "...mənə hədə-qorxu gəlir"
Tarix: 19-02-2022 | Saat: 12:30
Bölmə:Media | çapa göndər

Azərbaycanda ŞOK: Vergi xidmətinin rəis müavinindən KİM ŞİKAYƏTÇİ OLDU? - "...mənə hədə-qorxu gəlir"

Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi , Ə.Gülbabayev küçəsi, ev 4, m....ünvanda yaşayan Hüsniyyə Süleymanova öz həyat yoldaşı , hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində rəis müavini vəzifəsində çalışan Elməddin Süleymanovun qanunsuz əməlləri ilə bağlı dövlət qurumlarına müraciət edib.

AİA.Az olaraq NUH.az-a daxil olan müraciəti olduğu kimi dərc edirik:

"Yazıb Sizdən xahiş edirəm ki, Vergilər Nazirliyində işləyən İnsan Resursları İdarə rəisinin birinci müavini olan Süleymanov Elməddin Nizaməddin oğlunun qanunsuz əməllərini araşdırasınız.

Həyat yoldaşım Süleymanov Elməddin vəzifəsindən istifadə edərək hər yerdə mənim şikayətlərimin baxılmasına imkan vermir. Həm həyat yoldaşım, həm də onun qardaşları daim vəzifəli şəxsin adından istifadə edərək dələduzluq və digər qanuna zidd əməllərə yol verirlər. Həyat yoldaşım Vergilər Nazirliyindən külli miqdarda pul götürüb və qaytarmamışdır. Onun başqa etdiyi qanunazidd əməllərindən xəbərdar olduğumu bildiyi üçün həmin əməllərlə bağlı harasa müraciət edəcəyim təqdirdə mənə və yaxınlarıma zərər vuracağı ilə bağlı mənə hədə-qorxu gəlir.

Sizdən xahiş edirəm ki, məni qəbul edəsiz və onun etdiyi qanunsuzluqları və dələduzluqları açıq şəkildə bildirim.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə