Mobil versiya
Azərbaycanda 3817 nəfər COVID-19-a yoluxub - 25 nəfər vəfat edib
Tarix: 18-02-2022 | Saat: 16:55
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Azərbaycanda 3817 nəfər COVID-19-a yoluxub -

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 817 yeni yoluxma faktı qeydə alınıb, 7 541 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 768 019 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 720 865 nəfər müalicə olunaraq sağalıb, 9 182 nəfər vəfat edib, aktiv xəstə sayı 37 972 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 451, ötən müddət ərzində isə ümumilikdə 6 459 513 test aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024