Mobil versiya
TƏBİB-ə yeni mətbuat katibi təyin edildi
Tarix: 16-02-2022 | Saat: 14:46
Bölmə:Səhiyyə | çapa göndər

TƏBİB-ə yeni mətbuat katibi təyin edildi

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdir təyin olunub.

aia.az xəbər verir ki, bununla bağlı TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifə Zamirə Ədilovaya həvalə olunub.

O, 14 fevral tarixindən etibarən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Z.Ədilova 2008-2019-cu illərdə indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində redaktor, ictimaiyyətlə əlaqələr (PR) üzrə menecer işləyib. 2019-2021-ci illərdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024