Mobil versiya
Tanınmış yazıçı: “364 gün həyatını zəhərə döndər, sonra isə Sevgililər Günü...”
Tarix: 14-02-2022 | Saat: 17:06
Bölmə:Media | çapa göndər

Tanınmış yazıçı:

“Mən, başqa biri, heç Füzuli də sevgi üzrə mütəxəssis sayıla bilməz. Çünki sevgi başqa aləmdir. Sevgi mütəxəssisi olmasam da, bir az anlayışım var. 76 ildə mən də nələrsə görmüşəm. Kim deyir ki, sevgi ancaq cavanlara aiddir, həmin adamın heç sevgi haqda təsəvvürü yoxdur. Bilmir ki, sevgi nədir”.

aia.az xəbər verir ki, bu sözləri tanınmış yazıçı Seyran Səxavət Yenisabah.az-a açıqlamasında deyib:

“Sevgi yaşda deyil, ölənə qədər var. Sevgi yaşla, başla deyil. Ürək məsələsidir. 365 gün içərisində 1 günü sevgililər günü kimi qeyd etmək yanlışdır.

Sevgi sözünü eşidən kimi iki insan arasında olan sevgi ağlımıza gəlir. 365 günün 364 gününü sevdiyin insanın həyatını zəhərə döndər, bir günü sevgililər günü kimi qeyd et. Bu bir az gülməli çıxır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə