Dondurmalardakı fikir vermədiyiniz təhlükə Mövsümü gəldi:
Tarix: 10-05-2016 | Saat: 13:18
Bölmə:Gündəm | çapa göndər
Havaların isinməsi dondurma satışına da təkan verib. Bu gün ticarət şəbəkələrində, dükan-bazarlarda, restoranlarda müştərilərə geniş çeşiddə həm ölkədə, həm də xaricdə istehsal olunan dondurmalar təklif edilir. Böyükdən-kiçiyə hər kəsin sevimli qidası olan dondurmaların 30 qəpikdən tutmuş 50 manatadək olan müxtəlif çeşidləri satılır.
Dondurmaların müxtəlif çeşiddə olması istehlakçılara rahat seçim imkanı versə də, seçim zamanı diqqətli olmaq lazımdır. Onların saxlanma müddəti, qablaşdırılması, tərkibi gözdən keçirilməlidir. Təəssüflə qeyd etməliyik ki, mağazalarda çeşid bolluğu olsa da, məhsulların əksəriyyəti aşağı keyfiyyət göstəricilərinə malikdir.
Aia.az musavat.com-a istinadən bildirir ki, "Nərimanov" metrosu yaxınlığında yerləşən dondurma satıcısı Əkbər Əliyev deyir ki, dondurma yumşaq olmamalıdır: "Dondurma çox rəngli və yumşaq olmamalıdır. Mən dondurmalara çox rəng vurmuram. Bəzən digər dondurma satanlar uşaqları cəlb etmək üçün dondurmalara qırmızı, yaşıl, sarı rənglər vururlar ki, bu, zərərlidir. Rəngli dondurma yeyən uşaqların dilləri həmin rəngə boyanır. Bunu çox adam bilmir. Amma dondurmanın içindəki gizli təhlükə məhz həmin boyalardır".
Mütəxəssislər ağ və qəhvəyi rənglərdə olan dondurmalara üstünlük verilməsini məsləhət görürlər. Çünki bu tip dondurmaların tərkibində rəng qatqıları çox olmur. Məsələn, sarı rəngdə olan dondurmanın limonlu dondurma olduğunu deyə bilərlər. Ancaq alıcı bilməlidir ki, əgər dondurmanın rəngi sapsarıdırsa, orada rəngləndiricidən istifadə olunub. Çünki limon qatılan dondurma ağ rəngdən sarıya çox az çevrilə bilər. Amma tünd sarı ola bilməz. Dondurmalara vurulan bu sintetik rəngləndiricilər allergik xəstəliklərə yol açma və xərçəng riskini artırma potensialına sahibdir.
Qeyd edək ki, dondurmanın tərkibində protein, karbohidrat, yağ kimi maddələrlə birlikdə A, D, E, C, və B qrupu vitaminlər, həmçinin maqnezium, fosfor, sodium, potasium, dəmir və sink kimi minerallar olur ki, bunun da orqanizmə çox böyük xeyri var. Südlü dondurmalar 1 ay, meyvəli-giləmeyvəli, qaymaqlı və ətirli dondurmalar 1,5 ay, plombir dondurması 2 ay saxlanıla bilər. İstehsalında müasir texnologiyadan istifadə edildikdə, eləcə də məhsulun saxlama müddətinin artırılmasına zəmanət verən konservantlar, stabilizator-emulqatorlar və digər qida əlavələri standartlara uyğun olaraq əlavə edildikdə südlü, qaymaqlı və plombir dondurmaları mənfi 18 dərəcədən yüksək olmayan temperaturda ən çoxu 10 ay saxlanıla bilər. Saxlanma temperaturunun stabilliyi dondurmanın keyfiyyətini təmin edən əsas şərtlərdən biridir. Saxlanma temperaturunda dəyişikliklər olduqda bu məhsullarda mikrobioloji proseslər başlayır və bu cür məhsulların istehlakı insan orqanizmi üçün təhlükə mənbəyi hesab olunur. Xarici görünüşünə görə dondurmada kəsmiyəbənzər yağlılıq, qumabənzər köpüklülük əlamətləri olmamalıdır. Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir.
Keyfiyyətsiz dondurmalarda bağırsaq çöpləri qrupundan olan bakteriyalar, potagen mikroorqanizmlər, o cümlədən salmonella, stafikoklar və s. orqanizm üçün təhlükəli bakteriyalar mövcud olur. Bu cür dondurmalar istehlak olunduqda insanlarda, xüsusilə uşaqlarda qida zəhərlənmələrinə və digər fəsadlara səbəb ola bilir.
Maraqlıdır, ölkəmizdə keyfiyyətli dondurmalar varmı?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda yalnız bir dondurma istehsalının standartlara cavab verdiyini dedi: "Azad İstehlakçılar Birliyinə mövsüm başlayanda dondurmaların və sərinləşdirici içkilərin keyfiyyəti, saxlanma müddəti ilə bağlı hər gün 6-7 telefon zəngi daxil olur. Qeyd edim ki, 2011-ci ildə ABŞ İnkişaf Agentliyi bizə müraciət etdi və Azərbaycan İstehlakçılarının qida təhlükəsizliyi nişanını təsis etməyi tövsiyə etdi, bizimlə treninq keçirdi. Belə bir nişan dövlət qeydiyyatına alındı. Bu nişan Azərbaycanda olan 40-a yaxın dondurma istehsalçıları arasında yalnız birinə şamil olundu. Yəni Azərbaycanda standartlara uyğun dondurma istehsal edən müəssisə var. Bu müəssisə "İceland"dır". Qeyd edim ki, ölkədə keyfiyyətsiz, təhlükəli, istehlakçının tələbatını ödəməyən dondurmalar var. Xüsusən bu vəziyyət son dörd ayda hökumət tərəfindən biznesmenlərə yaradılmış kifayət qədər toxunulmazlıq səlahiyyəti dondurmaların keyfiyyətində pisliyə doğru dəyişiklik edib. Biznes qurumları onların toxunulmazlığından sui-istifadə edirlər".
Qurum sədri istehlakçıları dondurma alarkən diqqətli olmağa çağırdı: "İstehlakçılar dondurma seçərkən diqqətli olmalıdır. Dondurma süd məhsuludur. Mövcud standartlara görə, bitki yağının dondurmaya qarışdırılması qadağandır. Dondurmanın yağlılığını artırma, üçün yalnız kərə yağı qatıla bilər. Lakin bəzi dondurmaları dil üstünə qoyanda o, qaymaq dadı vermək əvəzinə boğazda acılıq verir. Bu o deməkdir ki, onun tərkibinə artıq bitki yağları qarışdırıblar. Bəzən vaxtı keçmiş, mənşəyi bəlli olmayan bitki yağları, marqarinlər qarışdırılır. İstehlakçılar dondurma alarkən onun bükülməsinə diqqət etsinlər. Əgər onun bükülmə görünüşü dəyişibsə, bu o deməkdir ki, onun daşınması zamanı temperatur rejiminə məruz qalıb və yenidən dondurulub. Belə dondurma isə təhlükəlidir".
Aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər