Mobil versiya
Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı 8 minə yaxınlaşdı
Tarix: 09-02-2022 | Saat: 16:05
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı 8 minə yaxınlaşdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 779 yeni yoluxma faktı qeydə alınıb, 6 315 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 718 145 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 660 112 nəfər müalicə olunaraq sağalıb, 8 948 nəfər vəfat edib. 49 085 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 314, bu günə qədər isə ümumilikdə 6 316 102 test icra olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024