Mobil versiya
Azərbaycanda 2 186 nəfər COVID-19-a yoluxub - 14 nəfər vəfat edib
Tarix: 31-01-2022 | Saat: 16:48
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Azərbaycanda 2 186 nəfər COVID-19-a yoluxub -

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 186 yeni yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 658 470 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 625 023 nəfər müalicə olunaraq sağalıb, 8 734 nəfər vəfat edib, aktiv xəstə sayı 24 713 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 232, ötən müddət ərzində isə ümumilikdə 6 156 388 test aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024