Mobil versiya
Birinci vitse-prezidentin köməkçisi: “Azərbaycan Cənubi Qafqazda sülhə yol açan reallıq yaradıb”
Tarix: 31-01-2022 | Saat: 10:07
Bölmə:Manşet / Siyasət | çapa göndər

Birinci vitse-prezidentin köməkçisi:

Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yalnız ədaləti bərpa etməyib, Cənubi Qafqazda sülh, sabitlik və inkişafa geniş yol açan yeni reallıq yaradıb.

aia.az-ın məlumatına görə, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və BMT-nin Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, Azərbaycan və Ermənistanın sülh şəraitində yaşamasına alternativ yoxdur.

“Azərbaycan nümayiş etdirir ki, sülhə hazırdır. Azərbaycan gələcəkdə yeni müharibə, dağıntıları istisna edir”, - E.Əmirbəyov deyib.

Birinci vitse-prezidentin köməkçisi qeyd edib ki, regionun inkişafı Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli bəyanatlarında əksini tapan məsələlərin yerinə yetirilməsindən keçir. “Azərbaycan Ermənistandan siyasətini yeni geosiyasi reallığa uyğunlaşdırmağı gözləyir”, - deyə o qeyd edib.(trend)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024