Ana Sayfa > Manşet / Siyasət > Birinci vitse-prezidentin köməkçisi:
Birinci vitse-prezidentin köməkçisi:31-01-2022, 10:07. Yazar: sevinc1 |
![]() Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yalnız ədaləti bərpa etməyib, Cənubi Qafqazda sülh, sabitlik və inkişafa geniş yol açan yeni reallıq yaradıb. aia.az-ın məlumatına görə, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və BMT-nin Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, Azərbaycan və Ermənistanın sülh şəraitində yaşamasına alternativ yoxdur. “Azərbaycan nümayiş etdirir ki, sülhə hazırdır. Azərbaycan gələcəkdə yeni müharibə, dağıntıları istisna edir”, - E.Əmirbəyov deyib. Birinci vitse-prezidentin köməkçisi qeyd edib ki, regionun inkişafı Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli bəyanatlarında əksini tapan məsələlərin yerinə yetirilməsindən keçir. “Azərbaycan Ermənistandan siyasətini yeni geosiyasi reallığa uyğunlaşdırmağı gözləyir”, - deyə o qeyd edib.(trend) aia.az Geri dön |